66 il sonra “anti-rekord”
31.05.2015 - 17:20
66 il sonra “anti-rekord”

“Milan” bu mövsüm İtaliya A seriyasında çıxdığı bütün oyunlarda 50 qol buraxıb. Apasport.az saytının məlumatına görə, bu, klub tarixinin ikinci anti-rekordudu.

 

“Rossioner”lər bir də uzaq keçimişdə, 1948/49 mövsümündə öz qapılarında bu qədər qol görmüşdülər. Tarixinin ən pis dövrlərindən birini yaşayan “qırmızı-qaralar” 66 il sonra ən çox bu mövsüm topu tordan çıxarmağa məcbur olublar.

 

Xatırladaq ki, başa çatan mövsümü “Milan” 52 xalla 9-cu sırada bitirib.