Fransa millisi dünya çempionatlarında 66 illik həsrətə son qoyub. Apasport.az saytının məlumatına görə, UEFA prezidenti Mişel Platininin həmyerliləri 1958-ci ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsinin qarşılaşmasında 5 qol vurub.
Didye Deşampın yetirmələri DÇ-2014-ün qrup mərhələsinin ikinci turunda İsveçrəyə 5:2 hesabı qalib gəlməklə buna nail olub. Jiru, Matuidi, Valbuena, Benzema və Sissokonun qol vurduğu oyunda böyükhesablı qələbə qazanan fransızlar 66 ildən sonra belə məhsuldarlıq göstərdi.
Belə ki, onlar sonuncu dəfə 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında Almaniyaya 6:3 hesabı ilə qalib gələndə 5 və daha çox qol vurmuşdu. Bundan sonra keçirilən heç bir mundialda Fransa milli komandası 5 və ya daha çox top vura bilməmişdi.
DÇ-1958
AFR – Fransa - 3:6
Qollar: Sieslarski,18, Ran,53, Şafer 84 – Fonten, 16, 36. 78, 89, Kopa, 27(pen), Dui 50
66 ildən sonra
21.06.2014 - 09:54
0
0