7-ci çempionluq
29.04.2014 - 08:00
7-ci çempionluq

Çempionlar Liqasının 2014/15 mövsümünün daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə. yarışa I təsnifat mərhələsindən başlayacaq Andorra təmsilçisinin adı bəlli olub.

 

“Sent Culiya” ilə qolsuz heç-heçə edən “Santa Koloma” final mərhələsinin sonuna 1 tur qalmış qızıl medalları təmin edib. Xal hesabını 42-yə çatdıran yeni çempion ən yazın izləyicisi ilə bərabərlikdən sonra 4 xallıq fərqi qorumağı bacarıb.

 

Qeyd edək ki, 3 ildən sonra Andorra çempionu olan “Santa Koloma” tarixində 7-ci dəfə bu titula yiyələnib.