90 dəqiqəyə 17 zərbə
16.07.2014 - 08:12
90 dəqiqəyə 17 zərbə

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Malta “Valletta”sından aşkar üstün olub. Apasport.az saytının məlumatına görə, səfərdə 1:0 hesabı ilə qalib gələn ağdamlılar bütün göstəricilərdə rəqibini kölgədə qoyub.

 

UEFA-nın hesabladığı statistik məlumatlar da bunu göstərir. 90 dəqiqə ərzində qapı istiqamətində 17 zərbə endirən Qurban Qurbanovun yetirmələri 7 dəfə çərçivəyə düşüb. Meydan sahibləri isə yalnız 1 dəfə İbrahim Şehiçi narahat edib.

 

 

“Valletta”

“Qarabağ”

Qollar

0

1

Zərbələr

11

17

Çərçivəyə zərbələr

1

7

Qeyri-dəqiq zərbələr

3

5

Dəf olunan zərbələr

1

5

Dirək və tir

0

1

Künc zərbələri

5

7

Oyundankənar vəziyyətlər

3

1

Sarı vərəqələr

2

0

Qırmızı vərəqələr

1

0

Qayda pozuntuları

9

8

Qayda pozuntusuna məruz qalma

8

9