400 minlik borca görə klubun 24 xalı silindi
05.02.2015 - 10:59
Rumıniyanın son illər ən güclü komandalarından biri sayılan “ÇFR Kluj” şok xəbərlə sarsılıb. Apasport.az xəbər verir ki, cari mövsüm çempionluğa iddia edən klubun xalları silinib.
Buna səbəb “ÇFR Kluj”un keçmiş futbolçularına ümumilikdə 400 min avro borcunun olmasıdı. Rumıniya Futbol Federasiyası borcu vaxtında ödəmədiyi üçün klubun 24 xalını silib.
Qeyd edək ki, “ÇFR Kluj” Rumıniya çempionatının ilk dövrəsindən sonra 34 xalla 2-ci pillədə yer almışdı. Lakin xalları əlindən alındıqdan sonra komanda sonuncu, 18-ci pilləyə yuvarlanıb.
0
0