“Bavariya”nın qonaqları məlum oldu
03.06.2015 - 18:24
Avqustun 4-də və 5-də keçiriləcək “Audi Cup – 2015”-in iştirakçı komandaları bəlli olub. Apasport.az saytının məlumatına görə, Münhendə, “Alyans Arena”da baş tutacaq turnirdə ev sahibi “Bavariya”nın qonaqları “Milan”, “Tottenhem” və “Real” klubları olacaq.
İlk olaraq avqustun 4-də “Real” “Tottenhem”lə, “Bavariya” isə “Milan”la qarşılaşacaq. Avqustun 5-də isə məğlub komandalar üçüncülük, qaliblər isə çempionluq oyununa çıxacaqlar.
Xatırladaq ki, sonuncu dəfə 2013-cü ildə keçirilmiş “Audi Cup” turnirini “Bavariya” qazanmışdı.
0
0