[b]Hollandiyalı azarkeşlərdən böyük skandal: Mühacirləri təhqir etdilər[/b] - VİDEO
16.03.2016 - 01:13
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan “Atletiko” – PSV oyununu izləmək üçün Madridə gələn hollandiyalı azarkeşlər skandal görüntülərin yaranmasına səbəb olublar. Apasport.az saytının məlumatına görə, İspaniya paytaxtındakı barların birinin həyətində oturan bir qrup azarkeş suriyalı mühacirlərə qəpiklər ataraq onları təhqir ediblər.
Onlarla kişi azarkeşin mühacir qadınlara xırda pul atması, üstlərinə pivə tökməsi yerli sakinlərin hiddətinə səbəb olub.
Videonu çəkən sakinlərdən biri onları dayandırmağa cəhd etsə də bacarmayıb.
- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0