[b]“Zirə”nin müdafiəçisi üçün mövsüm bitdi[/b]
09.04.2018 - 12:55
“Zirə” ciddi itki ilə üzləşib. Klubdan apasport.az saytına verilən məlumata görə, Aleksandr Şemonayev mövsümü qapayıb.
Ötən həftə məşqdə xəsarət alan 33 yaşlı müdafiəçinin ayağında çat aşkarlanıb.
Bakılıların digər zədəli futbolçuları Yovan Krneta ilə Jozef Bumun da durumuna aydınlıq gəlib. Krneta 1, Bum isə 2 həftə sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, “Zirə” Topaz Premyer Liqasının XXIII turunda “Neftçi” ilə qarşılaşacaq.
0
0