Dortmund “Borussiya”sının və Almaniya millisinin türk əsilli futbolçusu İlkay Gündoğan Krıma gedir. Apasport.az saytının məlumatına görə, Gündoğan belindəki ağır zədəni Krımdakı Rusiya hərbi hospitalında müalicə etdirmək niyyətindədir.
Qeyd edək ki, Gündoğan 2013-cü ilin avqustunda Paraqvayla yoldaşlıq görüşü zamanı belindən ağır zədə alıb. Yarımmüdafiəçi bu zədə səbəbindən Bundesliqadakı mövsümü buraxıb və Almaniya millisinin tərkibində mundiala getməyəcək.
İlkay Gündoğana hansısa sanksiya tətbiq olunacağı və olunmayacağı bilinmir. Çünki beynəlxalq ictimaiyyət Krımı işğal edilmiş ərazi sayır və Ukraynanın icazəsi olmadan oraya giriş qadağandır.