“Beşiktaş” futbol klubunun keçmiş hücumçusu İlhan Mansız komandaya geri dönüb. Apasport.az saytının məlumatına görə, keçmiş futbolçu bu dəfə komandanın rəhbərliyində yer alıb.
Türkiyə mətbuatının yazdığına görə, Mansız bu gün komandanın bazasına gələrək rəhbərliklə razılaşıb. Məlumatda bildirilir ki, “Beşiktaş”ın futbol direktoru Öndər Özən Mansızın idman direktoru olmasını istəyib. Amma klub prezidenti Fikrət Orman bu təklifi qəbul etməyib. Mansız klubda futbolçuları izləyəcək, Almaniyadakı gənc oyunçularla maraqlanacaq, həm baş məşqçi Slaven Biliçə, həm də Öndər Özənə kömək edəcək.