Trapattoni Mərakeş yığmasında
01.05.2014 - 23:57
İtaliyalı mütəxəssis Covanni Trapattoni Mərakeş Futbol Federasiyası ilə 4 illik müqavilə bağlayacaq. Apasport.az saytının məlumatına görə, o, bu gün Mərakeş yığmasının yeni baş məşqçisi kimi təqdim olunacaq.
75 yaşlı mütəxəssis aprelin 30-da Mərakeşə gedərək 4 illik müqavilə öncəsi son detalları müəyyənləşdirib. Bundan sonra o, müqavilənin şərtlərini qəbul edib və ilkin razılaşma imzalayıb. Bu gün isə Trapattoni mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, Covanni Trrapattoni “Yuventus”, “İnter” və “Milan”ın baş məşqçisi olub.
0
0