Milinko Pantiç: Ədalətli nəticə oldu
07.05.2014 - 19:23
Milinko Pantiç: Ədalətli nəticə oldu

 

“Bakı” klubunun baş məşqçisi Milinko Pantiç “Qəbələ”yə məğlubiyyəti şərh edib. Apasport.az saytının məlumatına görə, Pantiç nəticəni ədalətli sayıb: “Rəqib qapısı ağzında çoxlu qol epizodları yaratsaq da, onları qola çevirə bilmədik. Cəmi bir dəfə fərqlənə bildik. Rəqib isə qapımıza üç dəfə gəldi və hamısında qol vurdu. “Qəbələ”nin heyətində yüksək ustalıq səviyyəsi olan futbolçular var. Bizdən daha üstün oynayıb qələbə qazandılar. Topa sahib olmada üstün idik. Heyətdə müəyyən itkilərin olması da oyunumuza təsir etdi. “Qəbələ”ni Avropa Liqasına vəsiqə qazanması ilə təbrik edirəm, uğurlar arzulayıram. Rauf Əliyev və Cavid zədədən sonra tam bərpa olmadıqları üçün bu gün Qəbələyə gətirilməyiblər. İlk növbədə futbolçuların sağlamlığını düşünürəm, onları riskə atmaq istəmədim”.