Ronaldinyo və Kaka dünya çempionatına aparılmadı
08.05.2014 - 02:58
Ronaldinyo və Kaka dünya çempionatına aparılmadı

 

Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari dünya çempionatında iştirak edəcək futbolçuların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünyanın müxtəlif komandalarında çıxış edən bir neçə ulduz futbolçu milliyə dəvət almayıb.

 

Skolare 12 il əvvəl bir çox mütəxəssislər və azarkeşlərin gözləntilərinə rəğmən məşhur Romarionu yığmaya dəvət etməmişdi. O zaman baş məşqçi həddən artıq kəskin tənqid atəşinə tutulmuşdu. Amma 2002-ci il çempionatı braziliyalılar üçün uğurlu oldu və onlar dünya çempionu titulunu qazandılar. Bu titul hələlik Braziliya yığmasının sonuncu tituludur.

 

Skolari o zaman improvizasiya etmək məcburiyyətində qaldığını bildirib: “Çünki Rio-de-Janeyroda məni yaxşı qəbul etməyəcəklərini bilirdim. Mən gecəni başqa oteldə qalası oldum. Bunu heç kim bilmədi. O zaman strategiyam başqa idi. İndi isə bunu etmək məcburiyyətində qalmadım. Hətta axşam gəzintiyə də çıxdım. Vəziyyət o zamankından çox yaxşıdır. Bilirdim ki, yekun siyahı bəzilərinin xoşuna gəlməyəcək. Amma bu, normaldır. İndi 2002-ci ildəki kimi səs-küy yoxdur. Belə heyətin xeyrinə seçim etmək asandır”.

 

Skolari bu dəfə Ronaldinyo, Kaka, Robinyo, Lukas Moura, Felipe Luis, Rafinya, Lukas Leyva və Filippe Koutinyo kimi ulduzları yığmaya çağırmayıb. Əvəzində isə komandada ulduz olmayan, eləcə də bu mövsüm ciddi uğur qazanmayan futbolçuların adı var.