Kosta “Çelsi”yə keçdiyini təsdiq etdi
09.06.2014 - 04:39
Kosta “Çelsi”yə keçdiyini təsdiq etdi

 

“Atletiko Madrid” futbol klubunun və İspaniya yığmasının hücumçusu Dieqo Kosta “Çelsi”yə keçdiyini təsdiq edib. Apasport.az saytının məlumatına görə, İspaniya və Salvador milliləri arasında görüşdən sonra Dieqodan “Çelsi”yə keçməsi barədə soruşanda, Kosta “Belə görünür ki, keçirəm” cavabını verib.

 

Bundan sonra hücumçu “Çelsi”»yə keçidi barəsində suallardan yayınıb və İspaniya yığması barədə danışıb: “Mən xoşbəxtəm və İspaniya millisi ilə bir yerdə dünya çempionatında iştirakımı səbirsizliklə gözləyirəm”.

 

Qeyd edək ki, ötən mövsüm “Atletiko” ilə bir yerdə İspaniya çempionluğu qazanan Dieqo Kosta klubunun heyətində 52 oyun keçirib və 36 qol vurub.