“Çempion komandaya gəlmişəm. İddialı komandaya keçidimi irəliyə atılmış addım kimi qiymətləndirirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yeni transferi Cavid Tağıyev deyib.
22 yaşlı müdafiəçi keçidi ilə bağlı klubunun rəsmi saytına danışıb: “Qarabağ”dan təklif gələndə hara getdiyimi çox yaxşı anladım. Bilirəm ki, komandada istənilən mövqedə rəqabət var. Hər şey özümdən asılıdır. Məşqlərdə maksimum çalışıb özümü göstərməliyəm. Əgər Qurban Qurbanov məni komandasında görmək istəyibsə, buna ancaq sevinə bilərəm. Onun və bütün azarkeşlərimizin etimadını doğrultmaq üçün var gücümlə çalışacam. Buraya uğur qazanmaq üçün gəlmişəm. “Qarabağ” heyətində meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.