Portuqaliya yığmasının daha iki oyunçusu komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, hücumçu Uqu Almeyda və qapıçı Ruy Patrisio ABŞ və Qana oyununu buraxacaqlar.
Almeyda Almaniyaya qarşı oyunun il 28 dəqiqəsini meydanda olub və zədələnərək əvəz edilib. Milli komandanın həkimi qrup mərhələsində bu iki oyunçunun köməyinə ümid etməməyi məsləhət görüb.
Bundan əlavə, Fabio Koentrau da Almaniya matçında zədələnib və turniri ümumiyyətlə tərk edib. Ronaldonun da zədəsi tam sağalmayıb. Bu sıraya Pepenin qırmızı vərəqə alaraq növbəti oyunu buraxacağı da əlavə edilsə, portuqaliyalıların qrupdan çıxmaq ehtimalı sıfıra enir.