Markes Meksika-Xorvatiya matçının ən yaxşı oyunçusudur
24.06.2014 - 03:30
Meksika millisinin müdafiəçisi Rafael Markes Meksika-Xorvatiya matçının ən yaxşı oyunçusu adlandırılıb. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın saytında bildirilir.
Markes 90 dəqiqə meydanda olub, 72-ci dəqiqədə komandasının ilk qolunu vurub, 82-ci dəqiqədə isə məhsuldar ötürmə edib. Xatırladaq ki, Meksika bu oyunda 3:1 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.
0
0