Dünya çempionatının ən sürətli futbolçusu məlum oldu
24.06.2014 - 20:52
Dünya çempionatının ən sürətli futbolçusu məlum oldu

 

 

Kot-dİvuar millisinin müdafiəçisi Serj Orye dünya çempionatının hələlik ən sürətli hücumçusu hesab edilib. Apasport.az saytının məlumatına görə, FİFA-nın rəsmi protokolunda Oryenin sürəti saatda 33,52 kilometrə qədər artıra bildiyi qeyd olunub.

 

İkinci yerdə gələn Xorvatiya millisinin futbolçusu Dario Srna Oryedən 0,5 kilometr geri qalır. Buna qədər isə dünya çempionatlarının ən sürətli futbolçularından birinin Hollandiya millisinin oyunçusu Arien Robben olduğu bildirilirdi. Amma sonradan məlum olub ki, Robbenin ingilis Teo Uolkota çatmasına hələ çox var. Uolkot saatda 37 kilometr sürət yığa bilir.