Yaya və Kole Turelərin qardaşı öldü, oyuna çıxdılar
25.06.2014 - 01:41
Kot-dİvuar millisi dünya çempionatı çərçivəsində Yunanıstanla oyuna qara sarğıda çıxıb. Apasport.az saytının məlumatına görə, millinin oyunçuları bununla da komanda yoldaşları Yaya və Kole Tureni dəstəkləyiblər.
Yaya və Kolenin qardaşı 28 yaşlı Oyal İbrahim Ture onkoloji xəstəlikdən vəfat edib. Buna baxmayaraq, qardaşları dünya çempionatında çıxışlarını davam etdirmək qərarı veriblər.
0
0