Van Qal dünya çempionatından dərhal sonra “MY”da işə başlayacaq
29.06.2014 - 15:44
Van Qal dünya çempionatından dərhal sonra “MY”da işə başlayacaq

 

Hollandiya millisinin baş məşqçisi Lui van Qal dünya çempionatı başa çatandan dərhal sonra “Mançester Yunayted”də vəzifəsinin icrasına başlayacaq, baş məşqçinin dincəlməyə belə vaxtı olmayacaq.

 

İngiltərəyə yollanmamışdan öncə, van Qal ancaq Hollandiya Futbol Federasiyasının rəhbərliyi ilə əvvəlcədən planlaşdırılmış görüş keçirəcək. Bundan sonra isə mütəxəssis Mançesterə yola düşəcək.