Oliver Kan: Noyer dünyanın ən yaxşı qapıçısıdır
06.07.2014 - 17:00
“Bavariya”nın və Almaniya millisinin keçmiş qapıçısı Oliver Kan yığmanın hazırkı qapıçısı Manuel Noyeri öz mövqeyində dünyanın ən yaxşı oyunçusu hesab edir. Apasport.az saytının məlumatına görə, Noyer dünya çempionatının 5 oyununda cəmi 3 qol buraxıb.
“Noyer bu çempionatda sübut etdi ki, hazırda dünyanın ən yaxşı qapıçısıdır. Onun əla futbolçu olduğunu hamı bilir. Amma əsas məqam odur ki, Noyer həlledici məqamlarda qələbəni xilas edə bilir” - deyə, Kan FİFA-nın rəsmi saytına açıqlamasında bildirib.
0
0