Millimizdən 3 xallıq qazanc
21.07.2014 - 17:00
Millimizdən 3 xallıq qazanc

Milli komandalar üçün növbəti FİFA reytinqi avqustun 14-də açıqlanacaq. Apasport.az saytının məlumatına görə, siyahının son dəfə dərc olunduğu tarixdən sonra beynəlxalq oyunların az olmasından cədvəldə ciddi dəyişikliklərin qeydə alınmayacaq.

 

İyulun 17-dən avqustun 14-dək olan müddətdə 22 qarşılaşma planlaşdırılıb. Bunların da əksəriyyəti Afrika zonasında olacaq. Heç bir matça çıxmayacaq Azərbaycan millisinin də mövqeyində dəyişikliyin olması ehtimal edilir. Təbii ki, bunda baş tutacaq qarşılaşmaların nəticələri rol oynayacaq. Lakin bu ay hesabında 410 xal olan Berti Foqtsun yetirmələrinin oynamadan 3 xal qazanacağı dəqiqdir. 

 

Bu isə o deməkdir ki, avqust reytinqində yığmamız 413 xala malik olacaq. İlkin proqnozlara əsasən millimiz 73-cü pillədəki rekord mövqeyini əldən verəcək. Buna Benin və Konqonun sıçrayışı səbəb olacaq. Afrika təmsilçilərinin 10-20 pillə irəliləməsi və yığmamızı keçəcəyi gözlənilir.