Almaniyalı futbolçu Andres Birmann intihar edib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçunun cəsədi evində tapılıb.
Hələlik futbolçunun hansı şəraitdə və necə intihar etdiyi məlum deyil. Amma onun sonuncu klubunun baş meneceri intihar faktının təkzibedilməz olduğunu vurğulayıb: “Bəli, Andres intihar edib. Biz hamımız şokdayıq”.
Futbolçu uzun illər ərzində depressiyadan əziyyət çəkib və 3 dəfə – 2003, 2009 və 2012-ci illərdə intihara cəhd edib.
Məşhur almaniyalı futbolçu, Almaniya millisinin qapıçısı Roğert Enkenin 2009-cu ildə intiharından sonra Birman özünün də analoji depressiyadan əziyyət çəkdiyini etiraf edib və “Depressiyanın qırmızı vərəqəsi” adlı avtobioqrafik kitab yazmağa başlayıb. Kitab 2 ildən sonra çap olunub.
Qeyd edək ki, Andres Birmann ikinci dərəcəli klublarda çıxış edib.