“Azәrbaycan futboluna böyük itki baş verib. Bu gün ölkәmiz üçün ağır gündür”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Qurum rəsmisi veteran futbolçu Ələkbər Məmmədovun dünyasını dəyişməsini böyük itki adlandırıb. O, mərhum oyunçunun vida mərasimində bildirib ki, Mәmmәdovun Azәrbaycan futboluna xidmәtlәri hәr kәsә bәllidir: “O, Azәrbaycan milli komandasının baş mәşqçisi, İcraiyyә Komitәsinin üzvü kimi çalışıb, daima fәallığı ilə seçilib. Komitә mәhz onun tәcrübәsinә әsaslanaraq, lazımı qәrarlar çıxarırdı”.
Qeyd edək ki, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında veteran futbolçu ilə vida mərasimi keçirilir. Onun cənazəsi saat 15:00-da son mənzilə yola salınacaq.