Əsgər Abdullayev: Cinahsız komanda qanadsız quş kimidi
10.08.2014 - 19:47
Əsgər Abdullayev: Cinahsız komanda qanadsız quş kimidi

Topaz Premyer Liqasının ilk turunda doğma meydanda “Neftçi” üzərində 3:0 hesablı qələbə qazanan “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, iki fərqli hissə oynadıqlarını deyən çalışdırıcı komandasının ikinci hissədə daha yaxşı oynadığını deyib: “İlk hissədə cinahlardan istifadə edə bilmədik. Elmin Çobanovun oyuna daxil olmasından sonra isə vəziyyət dəyişdi. Cinahlar güclü olanda komandaya oyununu qurmaq daha asan olur. Cinahsız komanda, qanadsız quş kimidi. Bütün azarkeşlərimizi təbrik edirəm, futbolçularıma minnətdaram. İkinci hissədə tapşırıqları tam yerinə yetirdilər. Azarkeş 12-ci oyunçudu. Çatışmazlıqlarımızı hələ var. Komanda əsasən yerli futbolçulardan təşkil olunub. Çalışırıq ki, əlimizdən gələni edək, azarkeşlərimizi sevindirək. Güclülər dəstəsinə rəng qatmaq istəyirik. Mətbuatda haqqımda yayılan şaiyələr haqqında danışmaq istəmirəm. Adamın Allahı var. Kimisə ləkələmək ayıbdı” (pfl.az).