Avropa Liqasının pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinə vəsiqə iddiasında olan 62 klubun adı bəlli olub.
Bu siyahıya daxil olan son 29 komanda III təsnifat mərhələsinin qalibləri olub. Onlar arasında Azərbaycan kubokunun qalibi “Neftçi” də yer alıb.
Beləliklə də pley-offdakı təmsilçilərimizin sayı 2-yə çatıb. Çempionlar Liqası ilə vidalaşan “Qarabağ”a “Neftçi” də qoşulub.
Avropa Liqası
Pley-off mərhələsi
Səpələnmişlər
Birbaşa mübarizəyə qatılanlar
“İnter” (İtaliya), “Tottenhem” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Tvente” (Hollandiya), “Metallist” (Ukrayna), PAOK (Yunanıstan), “Borussiya” (M, Almaniya), “Lokomotiv” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Rapid” (Avstriya), “Sürix” (İsveçrə), “Nasional” (Portuqaliya), “Sent-Etyen” (Fransa)
Çempionlar Liqasından gələnlər
“Seltik” (Şotlandiya), “Panatinaikos” (Yunanıstan), “Dnepr” (Ukrayna), “Dinamo” (Xorvatiya), “Sparta” (Çexiya), “Makkabi” (Təl-Əviv, İsrail), “Şerif” (Moldova), “Partizan” (Serbiya), “Feyenoord” (Hollandiya)
III təsnifat mərhələsindən gələnlər
“Lion” (Fransa), PSV (Hollandiya), “Brügge” (Belçika), “Real-Sosyedad” (ispaniya), “Yanq Boyz” (İsveçrə), “Hall Siti” (İngiltərə), “Torino” (İtaliya), “Rio Ave” (Portuqaliya), “Dinamo” (Moslva, Rusiya)
Səpələnməmişlər
Birbaşa mübarizəyə qatılanlar
“Rostov” (Rusiya), “Midtulland” (Danimarka), “Apollon” (Kipr), “Zvolle” (Hollandiya), “Lokeren” (Belçika)
Çempionlar Liqasından gələnlər
“Debretsen” (Macarıstan), “Qrasshoppers” (İsveçrə), “Aktobe” (Qazaxıstan), AEL (Kipr), “Qarabağ” (Azərbaycan), HİK (Finlandiya)
III təsnifat mərhələsindən gələnlər
“Elfsborq” (İsveç), “Omoniya” (Kipr), “Hayduk” (Xorvatiya), “Krasnodar” (Rusiya), “Riyeka” (Xorvatiya), “Asteras” (Yunanıstan), “Zarya” (Ukrayna), “Neftçi” (Azərbaycan), “Astra” (Rumıniya), “Petrolul” (Rumıniya), “Karabükspor” (Türkiyə), “Dinamo” (Belarus), “Rux” (Polşa), “Sarayevo” (Bosniya və Herseqovina), “Şaxtyor” (Belarus), “Spartak” (Slovakiya), “Split” (Xorvatiya), “Zimbru” (Moldova), “Astana” (Qazaxıstan), “Styarnan” (İslandiya)