Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”i Moldovaya aparmaq üçün bu gün saat 11.30-da çarter reysi vətəni tərk edib. Apasport.az saytının məlumatına görə, təyyarə təxminən 5 saatlıq yolçuluq olan Avstriyanın Qrats şəhərinə enib.
Bundan sonra komanda həmin təyyarə ilə Kişinyova hərəkət edib. “İnter” Kişinyova çatdıqdan sonra avtobusla 1 saatlıq məsafədə yerləşən Tiraspola gedəcək. “Bankirlər” təxminən Bakı vaxtı ilə saat 22:30-da adıçəkilən şəhərdə olacaq və orda “Rossiya” otelində qalacaq.
Qeyd edək ki, “İnter”in bu gün Tiraspolda yüngül məşq keçəcəyi gözlənilir. Sabah bizim vaxtla saat 22:00-da isə “Şerif”in stadionunda oyunöncəsi son hazırlıq olacaq.
“İnter” “Rossiya”da qalacaq
01.07.2014 - 18:11
0
0