“Komanda istədiyimiz oyunu göstərmədi”
12.04.2014 - 17:21
“Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov komandasından narazı qalıb. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı Topaz Premyer Liqasının XXX turunun “Simurq”la oyununda əldə olunan 1 xalı qənaətbəxş saymır.
Məmmədov 1:1 hesabı ilə başa çatan görüşdən sonra matç haqda qısa danışıb: “Bizim üçün vacib oyun idi. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Komanda istədiyimiz oyunu göstərmədi, uşaqlardan razı qalmadım”.
Qeyd edək ki, “Sumqayıt” 30 oyundan sonra 18 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Mənbə: pfl.az
0
0