“Partizan”ın futbolçusu “Latsio”da?
12.08.2014 - 15:07
 “Partizan”ın futbolçusu “Latsio”da?

“Latsio” Serbiyanın “Partizan” klubunun müdafiəçisi Voyslav Stankoviçi transfer etmək istəyir. Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi 26 yaşlı futbolçu üçün qarşı tərəfə 1 milyon avro təklif edib.

 

Lakin “Partizan” rəhbərliyi Avroliqadakı oyunlarına görə, komandanın önəmli müdafiəçisini əldən buraxmaq istəmir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

 

Qeyd edək ki, “Partizan” Avroliqanın pley-off mərhələsində “Neftçi” ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyun avqustun 21-i Serbiyada, cavab matçı isə avqustun 28-i Bakıda keçiriləcək.