“Qəbələ”də 2 yeni sima
10.06.2014 - 12:13
“Qəbələ”nin yeni baş məşqçisi İvaylo Petev məşqçilər heyətini formalaşdırıb. Klubun baş meneceri Zaur Əzizovun apasport.az saytına xəbərinə görə, onun köməkçiləri serbiyalı Duşan Steviç və bolqarıstanlı Valentin Velikov olacaq.
Hər 2 məşqçi Petevlə birgə Kiprin AEL klubunda çalışıb. “Qəbələ”nin digər məşqçiləri Sənan Qurbanovla Dmitri Kramarenko isə hələ ki işini davam etdirəcək.
Qeyd edək ki, İvaylo Petev köməkçiləri ilə birgə bu gün axşam saatlarında Bakıda olacaq.
0
0