“Simurq” da Sloveniyaya gedir
19.06.2014 - 12:18
 “Simurq” da Sloveniyaya gedir

“Simurq”un hazırlıq planları bəlli olub. Apasport.az saytının məlumatına görə, Zaqalata təmsilçisinin futbolçuları bugündən etibarən məşqçilərin verdiyi fərdi proqram üzrə məşqlərə başlayacaq.

İyunun 26-da isə komanda Sloveniyaya yola düşəcək. “Simurq” ilk 2 gündə burda tibbi baxışdan keçəcək. Komanda iyulun 13-ü səhər saatlarında isə Bakıya qayıdacaq.

Qeyd edək ki, “Simurq” Sloveniya təlim-məşq toplanışı zamanı bir neçə yoxlama oyunu da keçirməyi planlaşdırıb.