Hazırda Sloveniyada təlim-məşq toplanışında olan “Simurq”un yoxlama görüşlərindəki bütün rəqiblərinin adlarına aydınlıq gəlib. Bunu apasport.az saytına hazırda Zaqatala təmsilçisinin düşərgəsində olan futbolçulardan biri deyib.
Belə ki, “Simurq” sabah ilk yoxlama oyununu ötən mövsüm Sloveniyanın I dəstəsini III kimi başa vurmuş “Aluminiy”ə qarşı keçirəcək. İyulun 9-dakı rəqib isə Makedoniyanın “Vardar” klubu olacaq. Skopyelilər ölkəsində son mövsümü V pillədə tamamlayıb. “Simurq”un növbəti rəqibi isə Xorvatiya 5-cisidir. Zaqatalalılar iyulun 12-də Zaqreb “Lokomotiva”sı ilə gücünü sınayacaq.
Qeyd edək ki, iyunun 26-dan Sloveniyada olan “Simurq” iyulun 13-ü vətənə qayıdacaq.
“Simurq”un 3 rəqibi də bilindi
05.07.2014 - 10:33
0
0