“Xəzər Lənkəran” paytaxta gəldi
26.03.2014 - 11:26
 “Xəzər Lənkəran” paytaxta gəldi
Topaz Premyer Liqasının XXVIII turunda səfərdə “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” doğma şəhəri tərk edib. Apasport.az saytının məlumatına görə, cənublular dünən günorta yeməyindən sonra paytaxta yola düşüb.

Bakıda “Modern” otelində məskunlaşan “Xəzər Lənkəran” bu gün “Böyük oyun” öncəsi ilk məşqini keçirəcək.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı martın 29-da “Bakcell Arena” stadionunda baş tutacaq.