“Adanaspor” azərbaycanlı futbolçu transfer etmək istəyir
05.06.2014 - 14:27
Türkiyənin “Adanaspor” klubu yeni mövsüm üçün heyətinə azərbaycanlı futbolçuları qatmaq istəyir. Apasport.az “Adana Haber” qəzetinə istinadən xəbər verir ki, iyulda hazırlıqlara başlayacaq I dəstə klubu gözünü türk statusunda legioner sayılmayan azərbaycanlı futbolçulara dikib.
Ad çəkilməsə də, Adana təmsilçisinin nümayəndələrinin mövsümün gedişində Topaz Premyer Liqasını müntəzəm olaraq izlədiyi qeyd olunub. Həmçinin o da bildirilir ki, “narıncı-bəyazlar” bu mövsüm minimum 1 Azərbaycan vətəndaşlığı olan futbolçunu transfer edəcək.
0
0