“Bir ay əvvəl biz Bundesliqada qalmaq uğrunda mübarizə aparırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys deyib.
Almaniyalı futbolçu komandasının ötən gün Bundesliqanın XXIII turu çərçivəsində “Şalke” üzərində 3:0 hesablı qazanılan qələbəni dəyərləndirib: “İndi biz təhlükəli zonadan uzaqlaşdıq. Hazırda addımbaaddım irəli getmək lazımdı. Ardıcıl son 4 matçı qazandıq. Bu, bizim üçün çox önəmli oldu. Hər kəs yaxşı formalaşır. Amma ağır oyunlar irəlidədi. Əgər rəqiblərimiz xal itirəcəklərsə, biz bununlardan istifadə etmək məcburiyyətindəyik”.
Qeyd edək ki, “Borussiya” 23 turdan sonra 28 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır.