Belçika çempionatında IX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Anderlext” turun son günündə meydana çıxıb.
Besnik Hasinin yetirmələri öz meydanında “Sent Truden”i sınağa çəkib. Brüssel təmsilçisi ev oyununda minimal hesablı qələbə qazanıb.
“Anderlext”in qələbə qolunu matçın 32-ci dəqiqəsində Stefanı Okako Çuka vurub. Oktyabrın 1-də Bakıda “Qarabağ”ın qonağı olacaq brüssellilər bu qələbədən sonra xal hesabını 18-ə çatdırıb. 9 turdan sonra 2-ci olan “Anderelxt” “Ostende”dən 2 xal geri qalır.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"