“Anji”nin futbolçusu Azərbaycan yığmasında
18.12.2015 - 18:44
“Anji”nin futbolçusu Azərbaycan yığmasında

Dekabrın 21-dən 25-dək Bakı şəhərində 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesinə 21 futbolçu dəvət edilib.

 

Onlar arasında ölkə xaricində çıxış edən legioner də yer alıb. Bu, Rusiya 2Anji”sinin üzvü Qazimaqomed Qurbanovdu.

 

Toplanışda Qazimaqomed Qurbanov (“Anji”, Rusiya), Yusup Hakimov (“Bakı”), Məhsun Qəmbərli, Fərid Əsədov (hər ikisi “Xəzər Lənkəran”), Sərtan Taşkın, Mənsur Nəhavəndi (hər ikisi “İnter”), Əli Səmədov (“Kəpəz”), Bəhlul Mustafazadə, Qismət Alıyev, Roman Hüseynov, Ehtiram Şahverdiyev (hamısı “Qəbələ”), Nicat Fərəcli (“Mil-Muğan”), Sənan Əlizadə, Vüsal Hüseynov, Aqşın Qurbanlı, Rəsul Babazadə (hamısı “Neftçi”), Aydın Bayramov, Cavidan Ömərli, Əlibay Məmmədli (hamısı “Rəvan”), Əli Əlimərdanlı (“Sumqayıt”), Mirkamil Həşimli (“Zirə”).