“Apreldə “İnter”lə oynasaydıq, hesab başqa cür olardı”
24.07.2014 - 23:41
“Apreldə “İnter”lə oynasaydıq, hesab başqa cür olardı”

 

“Rəqib komandanın baş məşqçisinə sağ ol demək istəyirəm. Oyuna gəlincə biz yaxşı formada olduğumuzu sübut etmək istəyirdik. Oyunun əvvəlində penaltini vura bilməsək də, sonradan qalib gəldik”. Apasport.az xəbər verir ki, bu sözləri “Elfsborq” klubunun məşqçisi Yanne Mian deyib.

 

Avroliqanın II təsnifat mərhələsində Bakıda “İnter”ə qalib gələrək mərhələdə adlayan isveçlilərin çalışdırıcısı oyun sonrası mətbuat konfransında matç haqqında fikirlərini bildirib: “Rəqib yaxşı komanda idi. Onlara uğurlar arzu edirəm. “İnter” oyunda xeyli qol vəziyyətləri yaratdı. Bundan istifadə edə bilmədilər. Biz isə topu mümkün qədər çox saxlamaq haqqında düşünürdük. Biz həm əlavə vaxta, həm də penaltilərə hazır idik. 11 metrlik zərbələri yerinə yetirəcək əsas futbolçularımız zədəli idilər. Onlar bu zərbələrdən imtina etdilər. Ona görə də başqa futbolçular vurdular və bunun öhdəsindən gəldik. Düşünürəm ki, biz yaxşı oynadıq. Fikrimdə qalıram”.

 

Mian hakimlik barədə də danışıb: “Hakimlikdən nə deyə bilərəm? Məncə, o düzgün qərarlar verdi. Bu oyunda başqa hakim də olsaydı, biz qələbə qazana bilərdik. Məsələn biz “İnter”lə aprel ayında oynasaydıq, daha böyük hesabla qalib gələrdik. Dekabrda bir başqa cür olardı. Rəqibin 11 futbolçusunun da meydanda olacağı halda bəlkə də başqa nəticə olacaqdı”.

 

 

 

0