“Arsenal” Kediraya görə 25 milyon avro ödəyəcək
16.07.2014 - 21:26
“Arsenal” Kediraya görə 25 milyon avro ödəyəcək

“Real Madrid”in və Almaniya millisinin yarımmüdafiəçisi Sami Hediranın “Arsenal”a keçidi yekunlaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, “Arsenal” və “Real” 27 yaşlı Hediranın 25 milyon avro müqabilində Londona köçməsini razılaşdırıblar.

 

Danışıqlarda yeganə çətin məqam Kediranın özünün şəxsi müqaviləsi ilə bağlıdır. Futbolçu ildə 7 milyon avro (həftədə 105 min funt) tələb edir. “Arsenal” isə həftədə 90 min funt verməyə hazırdır.

 

Sami Kedira “Real”la müqaviləsini uzatmaqdan imtina edib və bir il sonra azad agent statusu əldə edəcək. O, Almaniya millisinin heyətində dünya çempionu olub. Ötən mövsüm “Real”ın heyətində 13 oyuna çıxan Kedirə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.