Bu gün İngiltərə Federasiya kubokunun final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici görüş "Arsenal" və "Aston Villa" komandaları arasında baş tutub.
Matça sürətli başlayan Arsen Vengerin yetirmələri bütün oyunboyu rəqibinə heç bir şans verməyiblər. “Aston Villa”nı 4 cavabsız qolla keçən “topçular” mövsümü titulla başa vurublar.
Xatırladaq ki, ötən mövsüm də FA kubokunun finalına yüksələn "Arsenal" həlledici görüşdə "Hall Siti"ni 3:2 hesabı ilə məğlub etmiş və kuboku muzeyinə aparmışdı.
30 may
İngiltərə Federasiya kuboku, final
"Arsenal" - "Aston Villa" - 4:0
Qollar: Teo Uolkott, 40, Aleksis Sançes, 50, Per Mertezaker, 62, Oliver Jiru, 90