“Arsenal”ın futbolçusu iki həftə gözləməlidi
14.02.2015 - 12:21
“Arsenal”ın futbolçusu iki həftə gözləməlidi

“Arsenal”ın aparıcı oyunçularından olan Aaron Remsinin yaşıl meydanlara qayıdacağı tarix bəlli olub. Apasport.az saytının məlumatına görə, uelsli yarımmüdafiəçi zədəsini iki həftədən sonra sağaldacaq.

 

Bu məlumatı London klubunun baş məşqçisi Arsen Venger də təsdiqləyib. O, Remsinin zədəsinin ciddi olmadığını bildirib: “Son tibbi müayinədən sonra Aaronun zədəsinin yüngül olduğu aşkarlandı. Düzdü, əzələsi ilə bağlı problemlə üzləşib, amma ciddi zədə deyil. Remsi məşqlərdə həmişə var gücü ilə çalışır. Buna görə də, yüklənmə ona bir qədər mənfi təsir göstərib. İki həftədən sonra tam sağalacaq”.

 

Qeyd edək ki, 2008-ci ildən “Arsenal”ın formasını geyinən Remsi “topçular”ın heyətində ümumilikdə 209 oyunda 33 qola imza atıb.