“Atletik” 16 il sonra Çempionlar Liqasında
03.05.2014 - 05:28
“Atletik” 16 il sonra Çempionlar Liqasında

“Atletik” futbol klubu İspaniya çempionatının 36-cı turunda “Rayo Valyekano” üzərində 3:0 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, bu qələbə Bilbao klubuna turnir cədvəlində dördüncü yeri təmin etməsi və Çempionlar Liqasına vəsiqə qazanmasına imkan verib.

 

Hazırda “Atletik”in hesabında 60 xal var. Beşinci yerdə gələn “Sevilya” mövsümün sonynda bu qədər xal toplaya bilər. Amma “Sevilya” bütün hallarda şəxsi görüşlərin nəticəsinə görə (1:1 və 1:3) “Atletik”dən geri qalacaq.

 

“Atletik” sonuncu dəfə Çempionlar Liqasında 16 il əvvəl - 1988/1999-cu illər mövsümündə iştirak edib. O zaman komanda “Yuventus”, “Qalatasaray” və “Rusenborq”la bir qrupda oynayaraq, sonuncu yeri tutub.