“Atletiko” daha bir futbolçusunu itirdi
13.07.2014 - 11:31
Ötən mövsüm İspaniya çempionu olan “Atletiko Madrid” klubu daha bir futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, hücumçu Dieqo Lopes “Portu” klubuna keçib.
“Portu” hələlik “Atletiko” ilə razılaşmanın və Lopes ilə müqavilənin detallarını açıqlamır. Amma mətbuatın məlumatına görə, portuqaliyalılar Lopesə görə “Atletiko”ya 11 milyon avro ödəyiblər.
Dieqo Lopes “Atletiko”da 2011-ci ildən oynayır. O, ötən mövsüm komandanın heyətində 22 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Bu zaman o, cəmi 4 dəfə start heyətində meydana çıxıb.
0
0