Madridin “Atletiko” klubu keçmiş futblçusu Filipe Luisi geri qaytarmaq üçün “Çelsi” ilə danışıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, bu barədə BBC-yə klub prezidenti Enrike Çerezo məlumat verib.
O, London klubunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu üçün təklif hazırladıqlarını və futbolçunu qaytarmaq üçün əllərindən gələni edəcəklərini bildirib.
“Hindular”ın prezidenti braziliaylı futbolçunun geri dönüşündə maddi məsələlərin əsas rol oynayacağını, ancaq razılıq əldə olunacağına ümidli olduğunu deyib.
Bildirək ki, 29 yaşlı futbolçu “Çelsi”yə ötən yay 16 milyon avro qarşılığında keçsə də, burada öz oyununu oynaya bilməmişdi. O, 9-u əsas heyətdə olmaqla cəmi 15 oyunda meydana çıxa bilib.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ