“Atletiko” Kasorla və Neqredonu almaq istəyir
18.06.2014 - 06:47
“Atletiko” Kasorla və Neqredonu almaq istəyir

İngiltərə çempionatında oynayan iki futbolçu bu mövsüm İspaniya çempionu olan “Atletiko”nun formasını geyə bilər. Apasport.az saytının məlumatına görə, Santi Kasorla və Alvaro Neqredonun alınmasına baş məşqçi Dieqo Simeone şəxsən maraq göstərir.

 

Bu oyunçular dünya çempionatında iştirak edən İspaniya yığmasının heyətinə salınmayıblar. Bu sbəbdən də, onların transfer qiyməti artmayacaq. Qeyd edək ki, “Arsenal”da oynayan Kasorlanın qiyməti 26 milyon avro, “Mançester Siti”nin hücumçusu Neqredonun qiyməti isə 24 milyon avrodur.