“Atletiko” Mancukiçlə güclənə bilər
05.07.2014 - 06:43
“Atletiko” Mancukiçlə güclənə bilər

 

“Atletiko Madrid” bir qədər öncə “Çelsi”yə keçən Dieqo Kostaya əvəz tapıb. Apasport.az saytının məlumatına görə, madridlilər “Bavariya”nın hücumçusu Mario Mancukiçi almaq istəyirlər.

 

“Marca”nın yazdığına görə, transfer 18 milyon avroya başa gələ bilər. “Atletiko”nun “Mançester Siti”nin oyunçusu Alvaro Neqredonu almaq fikrindən vaz keçdiyi də qeyd olunur.

 

Mancukiçin “Bavariya”nı tərk edəcəyi ötən mövsümün sonunda bəlli olub. Xorvatiyalı oyunçu özü də məlumatı təsdiqləyib. Mancukiçi “Mançester Yunayted”, “Arsenal” kimi klublar da istəyir.