“Atletiko” müdafiəçisi ilə yeni müqavilə imzaladı
14.08.2015 - 00:00
“Atletiko” müdafiəçisi ilə yeni müqavilə imzaladı

Madridin "Atletiko" klubu uruqvaylı müdafiəçisi Dieqo Qodinlə yeni müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, "hindular" Dieqoyla 2018-ci ildə başa çatacaq müqavilə müddətini 2019-cu ilin yayınadək uzadıblar.

 

Qeyd edək ki, Qodin 2010-cu ildən "Atletiko"nun şərəfini qoruyur. Madrid klubunun əsas heyət üzvlərindən olan uruqvaylı futbolçu "hindular"ın heyətində bu günə qədər keçirdiyi 210 oyunda 18 qola imza atıb.