“Atletiko”nun aldığı oyunçu ürəyindən əməliyyat olunacaq
15.06.2014 - 16:48
“Atletiko Madrid”in yeni əldə etdiyi oyunçu Anxel Korreanın ürəyində əməliyyat olunacaq. Apasport.az saytının məlumatına görə, 19 yaşlı futbolçu təcili cərrahiyyə müdaxiləsi tələb edən xəstəlikdən əziyyət çəkir.
Madrid klubunun nümayəndələri bildiriblər ki, əməliyyat ən yaxın günlərdə baş tutacaq: “Anxelin ürəyində yaxın günlərdə mikroəməliyyat aparılacaq. Onun bərpa prosesinə həm “Atletiko”nun, həm də keçmiş klubu olan “San-Lorenso”nun həkimləri nəzarət edəcəklər”.
0
0