İspaniya çempionu olan və Çempionlar Liqasının finalına çıxan “Atletiko Madrid” oyunçularının digər klublara keçməsinin qarşısını ala bilmir. Apasport.az saytının məlumatına görə, “Çelsi”yə keçən Dieqo Kosta və Felipe Luisin ardınca, Qodin, Miranda, Koke, Adrian və Arda Turanın da klubu tərk edəcəyi gözlənilir.
Bəzi məlumatlara görə, artıq klub rəhbərliyi Ardanın boşluğunu doldurmaq üçün yollar arayır. Arda “Atletiko”nu tərk etsə, Dieqo Simeone onun yerinə “Arsenal”dan Santi Kasorlanı gətirmək istəyir. Bunun üçün 20 milyon avronun kifayət edəcəyi düşünülür. Kosorlanın özünün də “Atletiko”da oynamağa pis baxmadığı xəbər verilir.
Qeyd edək ki, Ardanın adı “Barselona” və “Mançester Yunayted” kimi klublarla çəkilir.