Argentina Futbol Federasiyası İspaniyanın “Atletiko Madrid” futbol klubunun baş məşqçisi Dieqo Simeonenin yığmaya dəvət edilməsinin mümkünlüyünü araşdırır. Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssislə Futbol Federasiyasının prezidenti Xulio Qrondona şəxsən maraqlanır.
Simeone yığmaya çağırılsa, bu postda Alexandro Sabelyanı əvəz edəcək. Bunun üçün öncə Sabelyanın baş məşqçilikdən istefa verməsi lazımdır. Argentina millisinin dünya çempionatında uğur qazanmasa, Sabelyanı Futbol Federasiyası da istefaya göndərə bilər.
Dieqo Simeonenin “Atletiko” ilə müqaviləsi 2017-ci ildə başa çatır. Onunla “Barselona”, “Monako”, “İnter” və hətta “Mançester Yunayted”in də maraqlandığı bildirilir.